"Neftçi”nin yetirməsi, karyerası ərzində "Qaradağ Lökbatan” və "Şəmkir” komandalarında forma geyinən İlham Allahverdiyevin yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, hücumçu karyerasını I Divizionda davam etdirəcək. Allahverdiyev "Şərurspor” komandası ilə münasibətlərini rəsmiləşdirib. İlham yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Keçidi ilə bağlı danışan forvard bunları deyib: "İlk öncə "Şuşa Qarabağ”ın düşərgəsinə oldum. Lakin bu klubla danışıqlarımız müsbət nəticələnmədi. Bu gün "Şərurspor”la 1+1 illik müqavilə imzalamışam”.
Qeyd edək ki, İlham Allahverdiyev "Qaradağ Lökbatan”ın heyətində 21 qolla 2014/15 mövsümünün bombardiri olub. O, ötən mövsümü "Şəmkir”in heyətində 9 qolla başa vurub.