Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində rellaşan "Daçiya” – "Kəpəz” (0-1), "Samtredia” – "Qəbələ” (2-1) və "Neftçi” – "Baltsan” (1-2) qarşılaşmalarında əldə olunan nəticələr ölkəmizin reytinq xalının müəyyən qədər artmasına səbəb olub.
Newsport.az-ın məlumatına görə, sözügedən oyunlara kimi 13.625 xalla 24-cü pillədə Azərbaycanın aktivinə daha 0.250 xal əlavə olunub. Hazırda ölkəmizin reytinq xalı 14.375-ə bərabərdi.
Azərbaycandan bir pillə irəlidə olan Şotlandiya da bizim kimi 0.250 xal qazandığından aradakı xal dəyişməyib. Britaniyalıların əmsalı 15.300-ə bərabərdi.
25-ci pillədəki izləyicimiz Kipr təmsilçilərinin hər ikisi qalib gəldiyindən aradakı xal fərqi azalıb. Hazırda adıçəkilən ölkənin aktivində 14.050 xal var.