"Qəbələ"nin futbolçusu Rəşad Eyubovun səhhətində problem yaşaması və bu səbəbdən Gürcüstanda qalması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Klubdan Newsport.az saytına verilən məlumata görə, milli komandamızın futbolçusunun son durumu qənaətbəxşdir. O, bu gecəni xəstəxanada həkim nəzarəti altında keçirməli olacaq. Eyubovun bu gün xəstəxanadan buraxılması gözlənilir.
Qeyd edək ki, Eyubovla birgə komandanın həkimi Roman Jolobaylyuk və klub rəsmisi Səməd Nəsibov da Gürcüstanda qalası olub.