Az öncə başa çatan “Samtredia” – “Qəbələ” matçından sonra xoşagəlməz hal yaşanıb.
Newsport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan dərhal sonra “Qəbələ”nin futbolçusu Rəşad Eyyubov təcili yardımla xəstəxanaya aparılıb. Səbəb isə futbolçumuzu halının pisləşməsidi. Belə ki, “Qəbələ”nin ehtiyat oyunçular skamyasını oyunboyu gün tutub. Bu üzdən Eyubovun səhhətində problem yaranıb.