Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab matçında "Samtredia"nın qonağı olacaq "Qəbələ" artıq Gürcüstandadır.
Newsport.az-ın məlumatına görə, bu gün Heydər Əliyev adına hava limanından çarter reysi ilə Kutaisi şəhərinə yollanan komanda artıq otelə çatıb. Komanda axşam saatlarında oyunöncəsi son məşqinə çıxacaq.