Adil Şükürov: "Ən azından ilk “üçlük”də olmaq istəyirik" MÜSAHİBƏ

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ”  və "Zirə” komandaları arasında yoxlama görüşü baş tutub. Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra "Zirə”nin baş məşqçisi Adil Şükürov Newsport.az-ın suallarını cavablandırıb:
  
- Hazırlığınız necə keçir?
- Hazırlığın ilk dövrünü keçirik. Bu mərhələdə komanda ağır olur. Bu da oyunda öz sözünü dedi. Gözlədiyimiz bir şey idi. Heyətimizdə bir çox yeni futbolçular var. Onların komandaya uyğunlaşması üçün müəyyən qədər vaxt lazımdır.
 
- Yeni transferlərlə bağlı fikriniz necədir?
- Onlara vaxt lazımdır. İnşallah gələcəkdə daha yaxşı olacaqlar. İnanıram ki, yeni futbolçular yaxşı təsir bağışlayacaqlar.
 
"Zirə” bu oyunda sanki "F91 Düdelanj” klubunun rolunu oynayırdı... 
- Biz öz oyunumuzu oynadıq. Çalışırıq ki, müdafiədə diqqətli oynayaq. Yeni komandayıq. Bizim üçün əsas amil arxa xəttin nizamlı olmasıdır. Bu, çox vacibdir.
 
- "Zirə” ötən mövsüm motivasiyasız idi. Çünki komanda avrokuboklara getməyəcəkdi. Buna baxmyaraq 2-ci yeri tutdunuz. Bu mövsüm necə olacaq?
- Şükürlər olsun ki, ötən mövsüm bizim üçün uğurlu oldu. Çalışacağıq ki, nəticəmizi daha da yaxşılaşdıraq. Ən azından ilk "üçlük”də olmaq istəyirik.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right