Qurban Qurbanovdan Kamran Ağayev və Aqil Məmmədov açıqlaması

Ötən gün Topiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ” və "Zirə” komandaları arasında yoxlama matçı baş tutub. Qarşılaşma "Qarabağ”ın böyükhesablı qələbəsiylə başa çatıb. Ağdam klubu rəqibinin qapsından 4 cavabsız qol keçirib. 
 
Matçdan sonra 
Newsport.az-ın suallarını cavablandıran "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya cəlb olunacaq futbolçular barədə danışıb. Təcrübəli mütəxəssis bildirib ki, hazırda hücumçu və qapıçı axtarışndadırlar. 

 
Mütəxəssis hazırda klubsuz olan milli komandamızın qapıçılar – Kamran Ağayev və Aqil Məmmədovun "Qarabağ”a cəlb olunması haqqında sualı da cavablandırıb: "Dediyim kimi, hücumçu və qapıçı axtarışındayıq. Çalışırıq ki, bu futbolçuları tez bir zamanda komandamıza cəlb edə bilək. Ancaq Aqil Məmmədov və Kamran Ağayevin adı hazırda transfer siyahımızda yoxdur”.
 
Qeyd edək ki, "Qarabağ”ın əsas qapıçısı İbrahim Sehiç, ikinci qapıçısı isə Şəhruddin Məhəmmədəliyevdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right