Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Neftçi" - Baltsan" oyunu öncəsi təmsilçimizin yarımmüdafiəçisi Rəhman Hacıyev fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, o bunları söyləyib:
"Təlim-məşq toplanışında ciddi hazırlaşırdıq. Ötən mövsümkü nəticəni təkrarlamaq istəmirik. Bu mövsüm daha uğurlu çıxış etmək istəyirik. İlk oyunun nəticəsinə baxmayaraq, cavab matçına da ciddi hazırlaşırıq".