Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" bu gün yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 4:0 hesabı ilə qalib gəlib. Reynaldo Silva het-trik edib. Oyunda son nöqtəni Dani Kintana qoyub.
5 iyul
Yoxlama oyunu
21:00. "Qarabağ" - "Zirə" - 4:0
Qollar: Reynaldo, 37 (1:0), 59 (2:0), 87 (3:0), Dani Kintana, 89 (4:0)