Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının növbəti prezident seçkisi keçirilib.
Fəaliyyətə başladığı ildən PFL-ə başçılıq edən Ramin Musayev bugünkü seçki prosesində yeganə namizəd olub. Nəticədə rəqibi olmayan Musayev, gözlənildiyi kimi, PFL-in prezidenti vəzifəsində qalıb.
Seçkinin nəticəsinə görə, o, növbəti 4 ildə də quruma rəhbərlik edəcək.