Rövnəq Abdullayev: "İndi Xaqani Məmmədovu öldürək?"

Peşəkar Futbol Liqasına keçirilən prezident seçkilərindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını avablandırıb: 
 
"Son 4 ilə baxış oldu. Çətin də olsa, çempionat yüksək səviyyədə keçirilib. Ən əsası da, hakimlik yüksək səviyyədə olub.  Bu gün PFL-ə lazımi tövsiyyələrimi verdim. May ayında 8 klubumuzun iştirakı ilə Qəbələdə elitar turnir təşkil edəcəyik. Bilirsiniz ki, I Divizionu gücləndirmək niyyətindəyik. AFFA-nın icraiyyə komitəsinin qərarı oldu ki, ən azından 4 klub lisenziyanın tələblərinə cavab versin. Düşünürəm ki, gələn mövsümdən 10 komanda Premyer Liqada iştirak edəcək".

 
- Gözləyirdinizmi ki, başqa namizədlər də olsun?
- Gözləyirdim. Ancaq PFL prezidenti heç olmaq heç də asan iş deyil. Ona görə də heç kim namizədliyini irəli sürmədi. Əsas odu ki, klublarımızı tarix ərzində ilk dəfə Avrokuboklarda birini mərhələdə belə yaxşı nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşlərini yenə də davam etdirəcək. 
 
- Az əvvəl hakimlər barədə danışdınız. Ancaq bu yay və ötən qış hakimlərimiz ölkə xaricinə çıxa bilmədi. Bu, nə ilə əlaqədar idi?
- Hal-hazırda bu yöndə müəyyən işlər gedir və ədalət təmsilçilərimiz Bolqarıstana getməyə hazırlaşır.  Antalyanı seçməməyimizə səbəb Türkiyəyə komandaların getməməsidi. 
 
- Ötən mövsüm bir çox biabırçı hakim səhvləri oldu. AFFA prezidentliyində də seçki oldu, PFL prezidentiliyinə də. Bəs, Hakimlər Komitəsində seçkilər nə vaxt olacaq?
- Avropa çepionatında da hakim səhvləri olub. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətimizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı qayda pozuntuları var. Bütün bu səhvləri areadan qaldırmaq istəyirik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right