Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən paytaxtın AZAL komandası yoxlama görüşündə qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Tərlan Əhmədov komandasının hazırkı gücünü 3 yoxlama oyununda sınayacaq ki, artıq rəqiblərin adı bəlli olub.
"Təyyarəçilər” ardıcıl olaraq "Şuşa Qarabağ”, "İnter” və "Zirə” komandaları ilə qarşılaşacaq. Şuşa təmsilçisi ilə oyun sabah saat 18:00-da "AZAL Arena”da reallaşacaq. "İnter”lə qarşılaşma iyulun 8-də, "Zirə” ilə qarşılaşma isə ayın 14-də baş tutacaq. Hər iki oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacaq.