"Samtredia" - "Qəbələ": hakimlər bəlli oldu

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Samtredia"– "Qəbələ"  oyununun hakimləri müəyyənləşib.

Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Zestafonidə keçiriləcək görüşü Georgios Kuzasın başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Ona Çasan Koula və Yoannis Sipkas köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Alexandros Aretopoulos yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 7-də keçiriləcək "Samtredia" - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right