Yeni mövsüm üçün hazırlıqlarının davam etdirən "Sumqayıt” yoxlama oyunlarından qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, Samir Abasovun komandası Sumqayıt toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcək.
Əldə etdiyimiz məlumata görə, "gənclik şəhəri” təmsilçisi "Qaradağ Lökbatan” və "Zirə” komandaları ilə qarşılaşacaq. Lökbatan təmsilçisi ilə oyun iyul ayının 7-də, "Zirə” ilə oyun isə ayın 10-da baş tutacaq. Hər iki qarşılaşma "Kapital Bank Arena”da baş tutacaq.
Qeyd edək ki, "Sumqayıt” hazırlıqlarının növbəti hissəsini Türkiyədə keçirəcək.