Bu gündən etibarən Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" yoxlama oyunu keçirəcək.
Newsport.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ilə qarşılaşacaq. Oyun iyulun 5-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, "atlılar" Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" komandası ilə qarşılaşacaq