Dünən axşam Avstriyada təlim-məşq toplanışını başa vurub Bakıya qayıdan “Qarabağ” bu gün istirahət etmədən Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Lüksemburqun “F91 Düdelanj”la matçın hazırlıqlarına start verib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlıq axşam saat 18.00-da başlayıb və bir saat davam edib.
Qeyd edək ki, “Qarabağ” – “F91 Düdelanj” matçı iyulunun 12-si saat 21.00-da başlayacaq.



