"Sumqayıt"ın "Neftçala"nın qapıçısı Əli Həsənlini transfer etdiyi haqda məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, gənc qolkiper komandada ilk seçimini edib. Həsənli "Sumqayıt"da 13 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt"da 13 nömrəli formada Murad Ağayev çıxış edirdi. Lakin Ağayev hazırda "Neftçi"nin futbolçusudur.