Nigeriyalı futbolçu qərarını dəyişdi: "Zirə"yə qayıdır

Ötən mövsümü "Zirə"də keçirən və mövsüm başa çatdıqdan sonra komandanı tərk edən Viktor İbokoyinin taleyinə aydınlıq gəlib.  
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi böyük ehtimalla "Zirə"yə qayıdacaq.
 
"Zirə" ilə maliyyə məsələlərində anlaşa bilməyən futbolçu yeni komanda tapa bilmədiyi üçün belə qərar qəbul edib. Əldə etdiyimiz məlumata görə Viktor yaxın günlərdə "Zirə" ilə yeni müqavilə imzalayacaq.
 
Qeyd edək Viktor uzun müddətdi olkəmizdə top qovur. O, "Turan Tovuz", "Qarabağ" və AZAL kimi komandalarda forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right