Bakı klubu bu legionerini geri qaytarmayacaq

Bakının "İnter" klubundan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "bankirlər" paraqvaylı futbolçu Sezar Meza Kolli ilə yollarını ayırıb. Futbolçunun başa çatan mqaviləsinin müddəti artırılmayıb və onunla yollar rəsmən ayrılıb.
 
Komandanın heyətində taleyinə aydınlıq gəlməyən yeganə futbolçu Ruslan Əmircanovdu. Mövsümün əvvəlində "Qəbələ"dən transfer olunan futbolçu ilə bağlı yekun qərar verilməyib. Ruslanla bağlı son sözü komandanın baş məşqçisi Zaur Svanadze deyəcək. Gürcü mütəxəssis razılıq versə Ruslanla 1 illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, "İnter" mövsüm başa çatdıqdan sonra  Nika Kvekveskiri, Georgi Lomaya, Elşən Poladov, Kamran Ağayev, Laşa Kasradze, Laşa Salukvadze, Vüqar Nadirov və Yuri Fomenko kimi futbolçularla yollarını ayırıb. Bakılılar Səlahət Ağayev, Ağabala Ramazanov, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Ruslan Abışov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlı kimi futbolçularla güclənib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right