Azərbaycan milli komandasının sabiq üzvü Bəxtiyar Soltanovun "Şuşa Qarabağ”la ilk razılıq əldə etməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, Soltanov son anda Şuşa təmsilçisinə keçməkdən imtina edib.
Əldə etdiyimiz məlumata görə, son mövsümü "Kəpəz”də keçirən 27 yaşlı yarımmüdafiəçi hazırda I Divizionda mübarizə aparan "Qaradağ Lökbatan” klubu ilə danışıqlar aparıb. Təcrübəli futbolçu Premyer Liqa klublarından hər-hansı bir təklif almasa karyerasını Lökbatan klubunda davam etdirəcək.
Qeyd edək ki, Soltanov karyerası ərzində "Qarabağ”, "Bakı”, "Qəbələ” və "Kəpəz” kimi komandalarda oynayıb.