Serbiyalı futbolçu “Zirə” ilə müqavilə imzalayır

Serbiyanın 20 yaşadək futbolçulardan ibarət millisinin sabiq üzvü Yovan Krnetanın "Zirə”dəki taleyinə böyük ölçüdə aydınlıq gəlib. 
 

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu böyük ehtimalla növbəti mövsümü də qəsəbə təmsilçisinin heyətində keçirəcək. Əldə etdiyimiz məlumata görə Krneta yaxın günlərdə Bakıya gələcək və "Zirə” ilə 1 illik müqavilə imzalayacaq. 
 
Qeyd edək ki, Krneta mövsümün əvvəlində Odessa "Çernomorets”indən "Zirə”yə transfer olunmuşdu. O, komandanın heyətində çıxdığı 30 matçda 3 qol vurmağı bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right