“Kəpəz”in səfər planı bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sının qonağı olacaq "Kəpəz"in səfər planı bəllidi.
 

Newsport.az-ın məlumatına görə, gəncəlilər Kişinyova birbaşa çarter reysi ilə deyil, tranzit xətti ilə uçacaqlar. Qərblilər Bakı-İstanbul-Kişnyov xətti üzrə hərəkət edəcək.
 
"Aria Hotel"də məskunlaşacaq komandanın oyunöncəsi mətbuat konfransının və məşqinin də vaxtı bəllidi. Yerli vaxtla 17:30-da (Bakı vaxtilə 18:30) jurnalistlər önünə çıxacaq baş məşqçi Şahin Diniyev KİV nümayəndələrinin suallarını cavablandıracaq. Komandanın oyunöncəsi son məşqi isə 18:00-da (19:00) start götürəcək.
 
Qeyd edək ki, sözügedən matç Bakı vaxtilə 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right