“Qəbələ” və “Neftçi” xal ehtiyatımızı zənginləşdirdi

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qəbələ” – "Samtredia” (5-1)  və "Baltsan” – "Neftçi” matçlarında əldə olunan nəticələr ölkəmizin reytinq xalının zənginləşdirməsinə səbəb olub. 
 

Newsport.az-ın məlumatına görə, bu oyuna kimi 13.625 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.500 xal əlavə olunub. 
 
Hazırda ölkəmizin reytinq əmsalı 14.125-ə bərabərdi. Bizdən bir pillə irəlidə olan Şotlandiyanın hər iki təmsilçisi qalib gəldiyindən adalılarla aradakı xal fərqini azaltmaq mümkün olmayıb. Britaniyalıların əmsalı 15.050-di. 25-ci pillədəki izləyicimiz Kipr təmsilçiləri də bu oyun günü xal itirmədiyindən aradakı xal fərqində dəyişiklik olmayıb. Hazırda adıçəkilən ölkənin aktivində 13.550 xal var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right