Roman Qriqorçuk: "Onların hər birinə cansağlığı arzu edirəm"

Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ” doğma azarkeşləri önündə Gürcüstanın "Samtredia” komandasını 5-1 hesabıyla məğlub edib. Oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
 
- "Aydın məsələdi ki, nəticədən razıyıq. Oyundan da razıyam. Hazırlıqlarımız bəhrəsini verdi. Bu gün uşaqlar çox yaxşı təsir bağışladı”. 
 
- Dünən deyirdiniz ki, biz favorit deyilik...
- İndi də favorit olduğumuzla razılaşmıram. Sadəcə, bu gün oyunumuz belə alındı. Ümumiyyətlə, belə söhbətləri komanda daxili buraxmağın əleyhinəyəm. Komanda bu gün vəzifəsinin öhdəsindən gəldi. Düşünürəm ki, cavab qarşılaşmasına da eyni şəkildə motivasiya olmalıyıq. 
 
- Düşünmürsünüz ki, Zenyov özünü göstərmək üçün əzmlə oynayırdı?
- Ancaq bununla razılaşa bilərəm ki, Sergey çox yaxşı oynadı. Amma onu xüsusi qeyd edə bilmərəm. Bütün futbolçularımız yaxşı oynadı, o cümlədən də, Zenyov. 
 
- Adətənm sizi transferlərə görə tənqid edirlər. Bu gün yeni transferləriniz özlərini ən yaxşı tərfdən göstərdilər. Tənqidçilərinizə hər-hansı sözünüz varmı?
- Onların hər birinə cansağlığı arzulayıram. Bu, tək mənim zəhmətim deyil. Bizim transferlərlə məşğul olan bir qrup şəxlər var və onların hər birinə təşəkkürümü bildirirəm.   





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right