Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ” doğma azarkeşlər önündə Gürcüstanın "Samtredia” klubunu 5-1 hesabıyla məğlub edib. Oyunsonrası mətbuat konfransında "Samtredia”nın baş məşqçisi Giya Tsetsadze fikirlərini bildirib: "İlk növbədə "Qəbələ”ni təbrik edirəm. Rəqibimiz yaxşı oynadı və lazımi nəticəni qazandı”.
- Cemal Qoqiaşvili ilk 45 dəqiqəni 3 yox, 18 nömrəli maykada oynadı. Texniki məğlubiyyət almaq üçün özünüz özünüz UEFA-ya müraciət etmək niyyətində deyilsiniz? Axı, 1:5-ə baxdıqda, 0:3 daha yaxşı nəticədi...
- Xeyr, UEFA-ya müraciət etmək niyyətində deyilik. Bu, texniki işçilərimizin səhvidir. Bu xatırlatmaya görə təşəkkür edirik.
- Mətbuat konfransına daxil olan kimi su içdiniz. Məğlubiyyət sizi buna vadar etdi?
- Xeyr, bu, istinin nəticəsidir. Hava olduqca isti idi.
- Belə böyükhesablı məğlubiyyət gözləyirdinizmi?
- Xeyr.