Orxan Lalayevin yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, ötən mövsümü "Rəvan”ın heyətiində keçirən Lalayev karyerasını I Divizionda davam etdirəcək.
Əldə etdiyimiz bilgiyə görə, Lalayev "Şuşa Qarabağ”la anlaşıb. Mərkəz müdafiəçisi Qarabağ təmsilçisi ilə 1 illik müqavilə imzalamışdı.
Qeyd edək ki, yenidən fəaliyyətini bərpa edən "Şuşa Qarabağ” Lalayevdən öncə Ruslan Poladov və Elşən Poladovla da anlaşmışdı.