“Qəbələ” fransalı hücumçu ilə münasibətlərini rəsmiləşdirdi

2016-2017-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” hücum xəttini fransalı Baqali Dabo ilə gücləndiriblər.
 
28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı "Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.
 
"Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri” (2008-2011), "Kretey” (2011-2013, 2014-2016) və "İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu "Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right