Roman Qriqorçuk: "Əgər birdən pis olsa" tipli danışıqlar lazım deyil”

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ” – "Samtredia” matçından öncə keçirilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb: 

 
- Sabahkı matçın start heyətini müəyyənləşdirmisizmi? 
- Start heyətini bilirəm, amma açıqlamaq istəmirəm. Komandamıza öz yetirmələrimiz olan gənclər qoşulmuşdu. Bəzilərini tam hazır hsesab etmirəm. Oyunçuların bir-birini başa düşməsinə gəlincə, hücumemeyilli futbolçular daha çoxdu. Onlar bizim üslubumuzu bilirlər. Amma bilmək azdı, onu meydanda göstərmək lazımdı.

- "Samtredia" ilə matçöncəsi nədən ehtiyatlanırsız? 
- Rəqibin hücumameyilli futbolçuları yaxşı oyun göstərirlər. Bunun qarşısını almaq asan deyil. Amma onları yaxşı analiz etmişik. Biz də gərək öz oyunumuzu hücum üzərində quraq. Biz də hücum etsək, yaxşı nəticə əldə edə bilərik.

- Tbilisi "Dinamo"su ilə "Samtredia" arasında nə kimi fərqlər var? 
- Onları müqayisə etmək düzgün çıxmaz. "Dinamo" öz liqalarını çempion kimi başa vurdu. Hər ikisinə hörmətlə yanaşıram. Müqayisə aparmaq fikrim yoxdu. Konkret hazırki rəqibimiz barədə onu deyim ki, mənim üçün ciddi, maraqlı komandadı. Görünür ki, güclü kollektivdi. Onlara qarşı oynamaq çətin olacaq.

- Gürcüstanda təlim-məşq toplanışı keçdiz. Bunu "Samtredia" ilə oyunöncəsi sizin üçün üstünlük saymaq olarmı? Bir də, Sergey Zenyovla bağlı fikrinizi dəyişməyinizə nə səbəb oldu?
- Gürcüstana toplanışa getməyimiz bizim üçün təsadüfən alındı, rəqiblərimiz də yerli klublar oldu. Çox yaxşı toplanış keçdik. Hava baxımından da bəxtimiz gətirdi, hava sərin keçdi. Təşkilati işlər yaxşı görülmüşdü, qaldığımız yer, qidalanma əla idi. O ki qaldı Zenyova, onun "Qəbələ"ylə müqaviləsi var. Yaxşı hazırlaşıb, bir müddət idi ki, fərdi məşq edirdi. Mən ona inanıram. Əvvəlcə ona fərdi proqram vermişdik. Fiziki hazırlığını artırdı, forma yığdı və onu yenidən komandaya cəlb etdik.

- Mətbuatda Aleksey Antonovla birlikdə Zenyovun da komandadan gedəcəyi haqda məlumat yayılmışdı...
- Bu barədə danışmağa dəyməz. Biz faktla danışırıq. Zenyovun adı oynayacaq futbolçuların siyahısındadı.

- Ötən mövsüm hər oyundan əvvəl 5:0 hesabı ilə qalib gəlmək istədiyinizi deyirdiz. Bu gün bu sözü işlətməməyiniz komandanıza inamınızın azalmasından irəli gəlir?
- Bu il 5:0 yox, 6:0 hesabı ilə qalib gəlmək istərdik (gülür). Amma bilirik ki, rəqibimiz güclüdü, bunu etmək asan olmayacaq.

- Favorit adlandırılmağınız psixoloji cəhətdən komandaya mənfi təsir edə bilərmi?
- Düşünmürəm ki, sabahkı oyunda biz favoritik. Güclərimiz, şanslarımız bərabərdi. Hətta rəqibin favorit olduğunu daha çox eşitmişəm. Bilmirəm, sabah meydanda necə görünəcəyik. Mənim üçün də bu maraqlıdı. Sabahkı oyuna hansı komanda daha yaxşı hazırlaşıbsa, onun qələbə qazanacağını düşünürəm. Bizim kifayət qədər təcrübəmiz var. Keçənilki çıxışımızla müəyyən təcrübə yığmışıq. Odu ki, psixoloji cəhətdən bu bizə təsir edə bilməz.

- Yeni transferiniz Baqali Dabo haqda fikirləriniz necədi? Sabah onu meydanda görə bilərikmi?
- Həm Dabo, həm də digər yeni futbolçuların bizimlə olmasına mən razılıq vermişəm. Onları komandaya mən dəvət etmişəm. Hazırlıqlarından razıyam və hər birinə kifayət qədər inanıram. Bu transferlərin baş tutmasında baş menecerimizin də böyük rolu olub. Ona da təşəkkür edirəm.

- Yenə heyətin formalaşdırılması mərhələsi Avroliqadakı çıxışınız zamanı baş verəcək. Bu, kimin səhvindən qaynaqlanır?
- Bizdə Dodo, Pereyra, Ermin Zets və digər futbolçular olanda vəziyyətin belə olacağını təxmin edə bilməzdik. Pereyra ailəsi ilə əlaqədar ayrılmalı oldu. Elə vəziyyət yaranıb ki, yenə komandanı yeniləmək məcburiyyətində qaldıq. "Birdən pis olsa" tipli danışıqlar lazım deyil. Bir azdan məşqimiz olacaq. Mənə lazımdı ki, bu məşqdə də kifayət qədər yaxşı hazırlaşaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right