Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın "Samtredia” komandası ilə qarşılaşcaq "Qəbələ” ciddi itki ilə üzləşib.
Newsport.az-ın saytının məlumatına görə, "qırmızı qaralar”ın baş məşqçisi Roman Qriqorçuk sabah baş tutacaq qarşılaşmada böyük ehtimalla Asif Məmmədovun xidmətindən istifadə edə bilməyəcək. Əldə etdiyimiz məlumata görə, təcrübəli futbolçu komandanın son məşqləri zamanı xəsarət alıb. Onun Gürcüstan təsmilçisi ilə oyunu buraxacağı gözlənilir.
Qeyd edək ki, "Qəbələ” – "Samtredia” matçı sabah baş tutacaq. "Bakcell Arena”da baş tutacaq qarşılaşma 21:00-da başlayacaq.