Ruslan Abışov rəsmən paytaxt klubunda

Azərbaycan milli komandasının  futbolçusu Ruslan Abışovun yeni komandasının adına rəsmən aydınlıq gəlib. 
 

Newsport.az-ın məlumatına görə, son olaraq "Qəbələ”də çıxış edən futbolçu karyerasını ölkəmizdə davam etdirəcək. Belə ki, mərkəz müdafiəçisi "İnter”lə münasibətlərini rəsmiləşdirib. Tərəflər arasında bu gün 1+1 illik müqavilə imzalanıb. Ruslan yeni komandasında 15 nömrəli forma altında çıxış edəcək. 
 
Bu, "İnter”in yay transfer dönəmində etdiyi 10-cu transferi olub. Bakılılar bundan öncə  Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right