Diniyev klub prezidenti ilə mübahisəsindən danışdı “Əsəblərimi cilovlaya bilmədim”

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çıərçivəsində "Kəpəz” Mərdəkanda yerləşən "Dalğa Arena”da Moldovanın "Daçiya” komandasını sınağa çətib. Matç qolsuz bərabərliklə başa çatıb. Oyundan sonra "Kəpəz”in futbolçusu Kərim Diniyev Newsport.az-a müsahibə verib: 
 
- "Daçiya” ilə qarşılaşmanı necə şərh edə bilərsən?
- Oyun gözlədyimiz kimi çox ağır keçdi. Rəqib yaxşı komanda idi. Biz öz gücümüzə bələd idik. Sükürlər olsun ki, oyun bizim istədiyimiz kimi keçdi, üstünlük bizim tərəfimizdə idi. Qələbə qazanmaq üçün çox çalışdıq. Çoxlu qol epizodlarımız oldu. Rəqibin qapısına ən azından 2-3 qola vura bilərdik. Bəlkə də Avrokubok təcrübəmizin olmaması qol vura bilməməyimizə səbəb oldu. Komandamızın gücünə inanıram. Ümid edirəm ki, mərhələni keçən tərəf "Kəpəz” olacaq. 
 
- Bugünkü oyun göstərdi ki, rəqib "Kəpəz”dən kifayət qədər zəif komandadı. "Daçiya”nı məğlub etmək olardımı?
- Əlbəttə, məğlub etmək olardı və buna borclu idik. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Mən inanıram ki, səfər oyununda bütün imkanlarımızdan yararlana biləcəyik. 
 
- İkici hissədə komandada müəyyən qədər yorğunluq hiss olunurdu...
- Ola bilər ki, belə hallar baş versin. Türkiyə toplanışından yeni qayıtmışıq və oyunumuz 2 gün əvvələ çəkilməsi bizim planlarımızı alt-üst etdi. Bizim üçün önəmli olan məqsədlərdən biri evdə qol buraxmamaq idi. 
 
- Tribunalarda azarkeş azlığı oyununuza təsir etmədi?
- Sözünü açığı, bizi daha çox azarkeşin dəstəkləyəcəyini gözləyirdim. Oyunumza gələnlərə, bizim yanımızda olanlara təşəkkürümü bildirirəm.
 
- Oyun zamanı "Daçiya”nın prezidenti ehtiyat oyunçular skamiyasında oturmuşu və epizodların birində onunla mübahisən düşdü...

- Oyundan sonra bildim ki, o, baş məşqçi yox, klub prezidentidi. Nicat Qurbanovun zədələndiyi epizod zamanı rəqib topu meydandan çıxarmadı və buna görə də əsəblərimi cilovlaya bilmədim. Mən topu çıxarmaq istədim, top təsadüfən klub prezidentinin ayağına dəydi. Mən bilərkdən topu klub prezidentinin ayağına vurmadım. Həmin epizoddan sonra ondan üzr istədim və vəziyyət normallaşdı.
 
 
- Səfərdə sizin üçün qollu heç-heçə sərfəlidi, yoxsa qələbə?
- Rəqibimizin gücünə bələdik. Kişniyovda qələbə üçün meydana çıxacağıq. Çünki rəqib cavab qarşılaşmasında ehtiyyatlı oynamayacaq, qol vurmaq üçün irəli atılacaq. Cavab oyununda rəqibi əks hücumda yaxalaya bilərik ki, bunu etməyi bacaran futbolçularımız var. Bir sözlə, səfərdə qələbə qazanacağımıza inanıram. 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right