AZAL transfer çalışmalarına start verib.
Newsport.az-ın məlumatına görə, "təyyarəçilər" 4 futbolçunun keçidini rəsmiləşdirib.
Baş məşqçi Tərlan Əhmədovun qərarına əsasən "Xəzər Lənkəran”ın azad agent statusu verdiyi İlyas Səfərzadə və Mahsun Qəmbərli, "Rəvan”dan ayrılan Elvin Həsənəliyev və MOİK-dən Röyal Nəcəfovla müqavilə imzalanıb. Onlar qarşıdakı 2 ildə AZAL-ın formasını geyinəcək.
Tərlan Əhmədov baxışda olan norveçli yarımmüdafiəçi Vilyar Nordberqlə bağlı qərar verib. Norveçin "Yunkeren” klubundan gələn futbolçu ilə müqavilə imzalanacaq.