“Neftçi”nin ev oyunlarını hansı telekanal canlı yayımlayacaq?

"Neftçi”nin Avropa Liqasındakı ev oyunlarını canlı yayımlayacaq telekanalın adı bəlli olub.
 

Newsport.az saytının məlumatına görə, "ağ-qaralar”ın oyunu "CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Əldə etdiyimiz məlumata görə artıq tərəflər arasında bu barədə razılıq əldə olunub. 
 
Qeyd edək ki, "Naftçi” Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş Maltada, cavab görüşü isə 1 həftə sonra ölkəmizdə baş tutacaq.
 
Xatırladaq ki, "CBC Sport” telekanalı "Qəbələ” və "Kəpəz”in də ev oyunlarını canlı yayımda futbolsevərlərə təqdim edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right