“Kəpəz”dən oruc tutanlara jest

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Kəpəz”in Moldova "Daçiya”sı ilə oyununda azarkeşlər üçün bir sıra şərait yaradılıb.
Newsport.az-ın məlumatına görə, bu oyunu izləməyə gələn və oruc tutanların iftarı üçün şərait yaradılacaq. 
Oruc tutanlar A və B sektorlarında su və xurma ilə təmin olunacaq.
Bundn əlavə, Mərdəkana yollanacaq azarkeşlərin rahat şəkildə geri qayıtmağını təmin etmək məqsədilə 141 saylı marşrut avtobusunun iş qrafiki uzadılıb. Gəncə klubunun xahişi ilə 141 saylı marşrut xətti üzrə avtobuslar "Neftçilər” metrostansiyasının yanından Mərdəkan qəsəbəsinə gecə saat 23:00-na kimi işləyəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right