Sabah Avropa Liqasının I təsnifat mərhələsində ilk matçına çıxacaq Gəncənin "Kəpəz” klubunun start heyəti açıqlanıb. Newsport.az xəbər verir ki, Moldova təmsilçisi "Daçiya" ilə qarşılaşacaq "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev oyundan öncə keçirdiyi mətbuat konfransında ilk 11-likdə başlayacaq oyunçuların adlarını elan edib.
Gəncəlilər qarşılaşmaya bu heyətlə başlayacaqlar:
Qapıçı: Tadas Simaitis
Müdafiəçilər: Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Renan, Tural Axundov
Yarımmüdafiəçilər: Kərim Diniyev, Vüqar Bəybalayev, Serjinyo, Dario, Nicat Qurbanov
Hücumçu: Julien Ebah