Roman Qriqorçuk rəqibini qabaqlayacaq

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ” - "Samtredia” (Gürcüstan) qarşılaşmasından öncə baş tutacaq mətbuat konfransının vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda təşkil ediləcək tədbir oyundan bir gün əvvəl - iyunun 29-da, saat 19:30-da arenanın media zalında start götürəcək.
 
İlk olaraq jurnalistlərin önünə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 20:30-da isə "Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də 8-ci km qəsəbə stadionunda baş tutacaq. "Qəbələ” saat 20:00-da, "Samtredia” isə 21:00-da hazırlıqlarını tamamlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right