AZAL baxışa yeni futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Tərlan Əhmədov norveçli Vilyar Nordberqi sınayır.
24 yaşlı yarımmüdafiəçinin son klubu Norveç "Yunkeren"i olub. O, əvvəllər "Bodo/Glimt" və "Harstad" klublarında top qovub.
Qeyd edək ki, futbolçu ilə yekun qərarı məşqçilər korpusu yaxın günlərdə qərar verəcək.