“İnter” nəyə görə öz stadionunda məşq etmir?

Xəbər verdiyimiz kimi Bakının "İnter” klubu 2016/17 mövsümünün hazırlıqlarına başlayıb. Bakı təmsilçisi ilk məşqini 2 gün öncə keçirib. 
"Bankirlər” hazırlığın ilk hissəsini Bakıda keçirəcək. Komanda məşqlərini doğma "İnter Arena”da yox, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. 

Newsport.az saytı "İnter”in doğma arenasında hazırlaşmamasının səbəbini öyrənib. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Zaur Svanadze "İnter Arena”da məşq  keçməyin əleyhinə olub. Belə ki, hava şəraitinin isti olması və bu vəziyyətdə süni örtüklü qazonda məşqin çətin keçməsi Svanadzeni bu addım atmağa vadar edib. 
 
Qeyd edək ki, "İnter” Bakı toplanışını başa vurduqdan sonra təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right