Arif Əsədov: “Neftçi”də ancaq məşqçi dəyişiklikləri görmüşəm” MÜSAHİBƏ

Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədovun müsahibəsi: 
- Növbəti mövsüm Premyer Liqamızda 8 komanda mübarizə aparacaq. Buna münasibətiniz necədi?
- Ələbttə, mənfi münasibətim var. Bunun obyektiv və subyektiv səbəbləri var ki, onları da bilirik. Bu gün əsas problem maliyyə ilə bağlıdı. Nə  olur olsun 8 komandalı çempionat olması çox pis haldı. Bu gün bizdə 8 komandalı çempionat keçirilir. Amma Lüksemburq kimi olkədə 14 komandadan ibarət çemionat təşkil olunur. 
 - 8 komandalı çempionatın müsbət və mənfi cəhətləri nədədi?
- Müsbət o ola bilər ki, gərginlik daha çox olacaq. Yəni, çempionatda zəif komanda olmayacaq. Bütün komandalar avrokubok uğrunda mübarizə aparacaqlar. Mənfi cəhət ondadı ki, bir neçə azərbaycanlı futbolçunu itiririk.
 - Legioner rüsumunun aşağı endirilməsinin yerli futbolçularımız üçün hansı fəsadları ola bilər?
- Bu, maliyyə ilə bağlı atılan addımdı. İndiki durumda legionerə görə 20 000 ödəmək çox çətin məsələdi. Mənim fikrimcə gələcəkdə legioner futbolçuların ölkəmizə gəlişi azalacaq. Klublarımız bundan sonra daha çox səviyyəli leginerlərə üstünlük verməyə çalışacaqlar. Yəni, sıradan bir şey olmayacaq. 
 - Klublarımızın Avropa Liqasındakı rəqibləri barədə nə deyə bilərsiniz?
- Püşkün nəticəsinə görə rəqiblərimizi uğurlu sayırlar. Gəlin əks tərəfi də fikirləşək ki, onlar da yəqin düşünürlər ki, bizə uğurlu komandalar düşüb.  Mən düşünürəm ki, "Kəpəz”in rəqibi ciddidir. "Daçiya” ötən il çempionluq uğrunda "Şerif”ə "qızıl oyun”da məğlub olub. "Kəpəz” özü də yeni komandadı, heyətdə  bir neçə yeni oyunçu var. Şahin müəllimi də nəzərə almaq lazımdı ki, cəmi iki yoxlama oyunu keçirdikdən sonra Avropa Liqasında mübarizəyə qoşulur. Klublarımız arasında "Qarabağ”ı aşkar favorit sayıram. "Qəbələ”nin şanslarını isə bərabər qiymətləndirirəm. Ən zəif rəqibin "Neftçi”yə düşdüyünü düşünürəm. 
- "Neftçi” Malta klubunu da keçə bilməsə...
- Nələr olacağını deyə bilmərəm. Yəqin rəhbərlik hansısa qərarlar qəbul edəcək. 
 - Ümumiyyətlə "Neftçi”dən ayrıldıqdan sonra komandada hər-hansı dəyişiklik görürsünüzmü?
- "Neftçi”də ancaq məşqçi dəişiklikləri görmüşəm. Tez-tez məşqçi dəyişikliyinin heç bir mənası yoxdu. Komanda mövsüm ərzində 3 dəfə məşqçi dəyişikliyinə yol verib. Ancaq son zamanlar vəziyyət müəyyən qədər stabilləşib. Vəli Qasımovun postunda saxlanmasının düzgün addım olduğunu düşünürəm.
 - Bir müddət "Neftçi”nin sükanı arxasında olmusunuz. Ümumiyyətlə, bu mövsüm hansı futbolçunun komandadan ayrılmasına daha çox üzülmüsünüz?
-Mənim fikrimcə əvəz edilən futbolçu yoxdu. Əgər legionerləri nəzərdə tutursunuzsa, Ramos "Neftçi” üçün böyük işlər görmüşdü. Amma son zamanlar onun oyununda çox eniş var idi. Artıq görünürdü ki, Ramos müqaviləsinin başa çatmasını gözləyir. Digər futbolçular isə "Neftçi” səviyyəsinə uyğun deyildi. Hazırda "Neftçi”də təcrübəli yerli oyunçular çox azdı. "Neftçi” elə bir leginer gətirməlidi ki, həmin futbolçu komandanı arxasıyca apara bilsin.  
- Məsələn, kim kimi legioner?
- Məsələn, İqor Mitreski kimi...İqor o dönəmdə gəldi və komandanı arxasıyca aparmağı bacardı. 
 - Öz işiniz nə yerdədi. Təkliflər varmı?
-Hələ ki, sakitlikdi. İndiki halda gözləmə mövqeyindəyəm. Yəqin ki, hələlik ehtiyac yoxdu. 
  - Gələcəkdə hansısa Divizion komandasının "sükanı arxası”na keçib yüksək liqaya doğru irəliləməyə hazırsınızmı?

- Gələn il I Diviziondan 4 komandanın Premyer Liqaya yüksəlməsi nəzərdə tutulub. Əlbəttə, bu məqsədli şəkildə görülən işdi. Elə bir təklif olanda hansısa komanda üzərində işləyib Premyer Liqaya hazırlaşmaq olar.   
 
Futbol11.az 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right