“Neftçi” 3 qol vurdu, qələbə qazana bilmədi

"Neftçi” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" Rumıniyanın "İaşi” klubu ilə qarşılaşıblar. 
 
Qarşılaşmada 6 qol vurulub. Əvvəlcə 0:2 hesabı ilə geri düşən "ağ-qaralar" hesabı bərabərləşdiriblər. Oyunun sonlarına yaxın qapısında 3-cü qolu görən Vəli Qasımovun yetirmələri sona 4 dəqiqə qalmış növbəti dəfə bərabərlik qolunu vurmağı bacarıblar.
 
 
Qeyd edək ki, "Neftçi" əvvəlki yoxlama matçlarının hər ikisində "SİBM Training Center" komandası ilə qarşılaşmışdı. Birinci oyunda 1:2 hesabı ilə uduzan Vəli Qasımovun yetirmələri ikinci ogörüşdə 3:0 hesablı qalibiyyət əldə etmişdi.
 
"Neftçi” – "İaşi” - 3:3

Qollar: Ruslan Qurbanov, 34, Elşən Abdullayev, 57, Araz Abdullayev, 86
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right