“Zirə” daha bir legionerlə gücləndi FOTO

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Zirə” heyətini də gücləndirmək yönündə işlər görür.

Newsport.az-ın məlumatına görə, ötən mövsümü ikinci pillədə başa vuran Adil Şükürovun yetirmələri yeni müdafiəçi ilə anlaşıb.
 
Bu barədə klubun saytında xəbər yer alıb. Bildirilib ki, serbiyalı oyunçu Milan Duriçlə klub arasında 2 illik razılaşma əldə olunub.
 
Ötən mövsümü Xorvatiyanın "İstra” klubunda keçirmiş arxa xətt oyunçusu daha əvvəl isə Serbiya "Yaqodina”sında çıxış edib.
 
Duriç ölkəsinin "Pekar” və Makedoniyanın "Metallurq” klublarının formasını geyinməyə də imkan tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right