"Qarabağ"ın yarımmüdafuəçisi Rahid Əmirquliyev artıq uzunmüddətli zədəsini tam sağaldaraq Avstriyada davam edən təlim-məşq toplanışında komandayla hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Əmirquliyev klubun rəsmi saytına açıqlamasında zədəsinin son durumu, komandamızdakı yarımmüdafiə xəttindəki rəqabətdən və Çempionlar Liqasındakı rəqibimizdən danışıb:
"6 aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam.
Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda oynadım. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü yeni transfer kimi hiss etmirəm.