Ölkəmizin Avropa Liqasında təmsil edəcək "Qəbələ” heyətini yeni futbolçu ilə güləndirib.
Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar” Fransadan olan Baqali Dabonu rənglərinə bağlayıb. "L`Equipe”nin məlumatına görə, 27 yaşlı hücumçu bu gün ölkəmizə təşrif buyuracaq və bölgə təmsilçimizlə 2 illik müqaviləyə qol çəkəcək.
Məlumatda "Qəbələ”nin bu keçidə görə futbolçunun məxsus olduğu "Kretey” klubuna 40 min avro ödədiyi də qeyd olunub.
Karyerası ərzində "İvri” və "İstres” klublarının da formasını geyinmiş Dabo 2014-cü ildən "Kretey”in uğurları üçün çalışırdı. 180 sm boya malik olan hücumçu "Loryan”ın yetirməsidi.
Qeyd edək ki, yay fasiləsində Samir Zərgərov, Arif Daşdəmirov, Luis Hilario Dodo, Vadim Abdullayev, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayev və Andrey Popoviçlə yolları ayıran "Qəbələ” Dmitri Bezotosnı, Rəşad Sadiqov, Asif Məmmədov və David Petrzkeviçlə yeni müqavilə bağlayıb.