"Kəpəz" - "Daçiya" matçının biletləri 2 şəhərdə satılacaq

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” oyununun biletləri satışa çıxarılır.
 
Newsport.az-ın məlumatına görə, bilet satışı həm Bakıda, həm də Gəncədə təşkil olunacaq.
 
Azarkeşlər paytaxtda iyunun 27-i saat 14:00-dan 19:00-dək, iyunun 28-i isə saat 12:00-dan 16:00-dək Respublika stadionunun kassasından, saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər. Gəncədən bilet almaq istəyənlər üçün satış iyunun 28-i saat 10:00-dan 14:00-dək şəhər stadionunun kassasında olacaq. 
 
Qeyd edək ki, “Kəpəz” – “Daçıya” oyunu iyunun 28-i saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right