"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Newsport.az-ın məlumatına görə, hazırlığın yeddinci gününü komanda bir məşqlə başa vurub.
Axşam saatlarında baş tutan məşqdə bütün futbolçular iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib. Məşqdə fiziki və taktiki çalışmalara üstünlük verilib. Hazırlıq 1 saat 45 dəqiqə davam edib.