“Neftçi”də rəsmi ayrılıq

"Neftçi”də ayrılıq reallaşıb.

Newsport.az saytının əldə etdiyi məlumata görə, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre "ağ qaralar”ın sıralarını tərk edib. 
 
Belə ki, italiyalı mütəxəssis Bakı təmsilçisi ilə yeni razılıq əldə edə bilməyib. O, müqaviləsi başa çatdığı üçün "ağ qaralar”dan ayrılıb. Melkiorre 2009-10-cu illərdə də "Neftçi”də çalışmışdı. Covanni daha öncə Türkiyənin "Qalatasaray”, Rumıniyanın "Astra”, "Petrolul” və ÇFR, eləcə də "Xəzər Lənkəran” klublarında da işləyib. 
 
Qeyd edək ki, "Neftçi” artıq Melkiorrenin yerini doldurub. Paytaxt klubu Fransisko Navarro ilə anlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right