"Kəpəz" - "Daçiya" oyununun başlama saatı bəlli oldu

"Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində "Daçiya” ilə keçirəcəyi ilk oyunun vaxtı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, görüşün başlama saatında dəyişiklik edilib.
İyunun 28-də "Dalğa Arena”da baş tutacaq görüşün əvvəlcə saat 18:00-da startı gözlənilirdi. Lakin Gəncə klubunun təklifindən sonra UEFA oyunun saat 20:00-da başlamasını qərara alıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 7-də Moldovada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right