“Kəpəz” – “Daçiya” oyununun vaxtı dəyişdirildi

"Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində "Daçiya” ilə keçirəcəyi ilk oyunun vaxtı dəyişib.

Newsport.az-ın məlumatına görə, Bakıda baş tutacaq qarşılaşma öncədən müəyyən edildiyi vaxtda, yəni iyunun 30-da keçirilməyəcək.
 
Bu barədə məlumatı Kişinyov təmsilçisi rəsmi saytı vasitəsilə yayıb. Belə ki, UEFA görüşün iyunun 28-də oynanılmasını qərara alıb. Xəbərdə qitə futbol qurumunun bununla bağlı Moldova təmsilçisinə rəsmi məlumat göndərdiyi yazılıb. Dəyişikliyə səbəb "Qəbələ”nin də iyunun 30-da Bakıda I mərhələ matçına çıxmasıdı.
 
"Dalğa Arena”da keçiriləcək "Kəpəz” – "Daçiya” oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right