Rail Məlikov AZAL-dan ayrılıb, yeni klubu ilə müqavilə imzaladı

Azərbaycan yığmasının sabiq üzvü Rail Məlikovun yeni komandası müəyyənləşib. 2015/2016 mövsümünü AZAL-da keçirən təcrübəli müdafiəçi paytaxt klubunda qalası olmayıb.
 

Newsport.az-ın məlumatına görə, Rail karyerasını "Sumqayıt”da davam etdirməyə qərar verib. Klubun rəsmi saytının yaydığı məlumatda Məlikovla müqavilənin imzalandığı bildirilib. Rail yeni komandası ilə 1 illik sazişə qol çəkib.
 

Qeyd edək ki, Rail Məlikov karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin şərəfini qoruyub. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.
 
Onu da bildirək ki, Railin "Sumqayıt"a keçəəyi ilə bağlı xəbəri ilk dəfə Futbol11.az saytı olaraq diqqətinizə çatdırmışdıq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right