“Neftçi” iştirak ərizəsini UEFA-ya gondərdi

Avropa Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 22 futbolçu yer alıb.
 
"Neftçi”nin iştirak ərizəsini sizə təqdim edirik:
 
Qapıçılar: 44. Sənan Əlizadə, 53. Maksim Vaylo, 66. Kamran İbrahimov
Müdafiəçilər: 3. Jayro Rodriges, 4.Rahil Məmmədov, 22.Vançe Şikov, 26.Kamal Qurbanov, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 41.Ömər Buludov, 95.Elvin Bədəlov.
Yarımmüdafiəçilər: 7.Araz Abdullayev, 8.Elşən Abdullayev, 10.Cavid İmamverdiyev, 13.Murad Ağayev, 17.Rəhman Hacıyev, 19.Fəhmin Muradbəyli, 21.Aqşin Qurbanlı, 45.Kamran Nəcəfzadə, 80.Edson Kastilyo, 88.Orxan Qurbanlı.
Hücumçu: 11.Ruslan Qurbanov.
 
İlk matçın başlanmasına 24 saat qalmışadək iştirak ərziəsinə daha bir futbolçunun adını əlavə etmək mümkündü. Bununla yanaşı, sifariş ərizəsinə son iki ildə klubda qeydiyyatda olan və yaşı 21-dən çox olmayan futbolçular daxil edilə bilər.
 
Qeyd edək ki, "Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Maltanın "Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 7-də "Bakcell Arena”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right